Azərbaycan Dövlət Akademik Filarmoniyasında Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirilib. Mayın 21-də start verilən konsertlər gənc ifaçıların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə təşkil olunur.
Mayın 22-də keçirilən konsertdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, konsert müəssisələrinin rəhbərləri və musiqi məktəblərinin direktorları iştirak edib.
Konsert-festivalda ümumilikdə 30 ifaçı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Proqramda fortepiano, violin, kontrabas, klarnet, fleyta kimi Avropa alətləri ilə yanaşı, tar, kamança, qanun, balaban alətlərində gənc istedadlar məharətlə çıxış ediblər. Nicat Müslümovun balabanda (F.Əmirov, “Mən səni araram”), Cəmil Sədizadə (piano), Orxan Hüseynov (cello), Behnam Məhta Məmmədəlizadə (qanun), Emil Bağırov (klarnet), Ceyla Seyidova (violin), Kamran Talıblı (fleyta), Rəşid Behbudov (piano), Mədinə Şahgəldiyeva (kamança), Nihad Orucov (vokal), Çinarə Əzimova (violin), Atabala Manafzadə (piano), Atilla Məmmədov (vokal), Vüsalə Babayaeva (piano) və Atabəy İsmayılovun (tar) bir-birindən parlaq ifaları maraqla qarşılanıb.
Konsertdən sonra təəssüratını bölüşən mədəniyyət naziri Əbülfəs Qarayev gənc musiqiçilərin konsertinin xoş ovqat yaratdığını bildirib: “Onların sırasında artıq tanınan simalar da var. Gənclərimiz çox ümidvericidir. Cənab Prezidentin gənclərimizə diqqət və qayğısı onların püxtələşməsinə böyük təsirini göstərir. Çıxışlar zamanı peşəkarlıq səviyyəsi bizi çox sevindirir. Musiqi və yaradıcı təşkilatların rəhbərləri də gələcək solistlərin potensialını əyani olaraq görürlər. Bir daha gənclərimizə verdiyi dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 10-12 aprel 2019-cu il tarixində Bakık Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilib. 10 apreldə fortepiano, 11 apreldə nəfəs və simli alətlər, vokal, aprelin 12-də isə xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə dinləmələr aparılıb. Ümumilikdə 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilərək konsert-festivalın proqramına daxil edilib.
- 11:27 Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 144 ili tamam olur
- 11:21 “Heydər Əliyev və Ekoloji Siyasət” adlı məqalə təqdim olunub
- 10:13 Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
- 10:03 “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 09:59 Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb
- 09:40 Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
- 09:35 Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub
- 09:30 Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
- 09:28 Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək
- 17:19 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:14 Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
- 17:09 Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib
- 15:41 Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib
- 15:19 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:17 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
- 14:13 Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 12:18 “Səma” rəqs ansamblı “Qızılalma” Beynəlxalq Turan Film Festivalında çıxış edib
- 12:06 Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
- 11:11 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar ekskursiya təşkil olunub
- 10:41 Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən müsabiqələrin yekun seçim mərhələsi keçirilib
- 10:33 R. Axundov adına Mədəniyyət Evində tədbir keçirilib
- 10:07 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
- 10:02 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 09:33 Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 09:28 Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
- 17:46 Xəzər rayon MKS-nin 1 nömrəli kitabxana filialında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:43 Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
- 16:31 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
- 16:28 Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
- 16:18 “Heydər Əliyevin tarixi obrazı və Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərs keçirilib
- 15:52 "Yaşıl ümid, sağlam gələcək" devizi altında ağacəkmə aksiyası keçirilib
- 14:55 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:52 Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar
- 14:22 Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb
- 14:20 Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 14:16 Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub
- 12:05 “Ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq” mövzusunda mühazirə oxunub
- 11:39 Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 11:24 “Torpağı şəfalı Azərbaycanım” adlı tamaşa təqdim edilib
- 10:59 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb
- 10:13 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:00 Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib
- 09:31 Bu gün Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 86 ili tamam olur
- 09:27 Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib
- 09:23 Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub
- 16:49 TÜRKSOY-un Baş katibi Bütün Türk dövlətlərinin iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi çəkiləcək
- 14:44 Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
- 12:28 Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq
- 10:43 Tanınmış jurnalist Asif Mərzilinin "Sonuncu əmr" adlı kitabının təqdimat mərasimi keçirilib
- 10:24 Norveçli turist Qaradağ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib
- 09:51 Milli Kitabxanada “Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açılıb
- 09:41 Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
- 09:34 “Multukultural dəyərlərin inkişafı və dünyada tanıdılmasında Heydər Əliyevin təməl siyasəti” adlı mühazirə dinlənilib
- 09:24 Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
- 09:13 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın anadan olmasının 110 ili tamam olur
- 09:10 Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub
- 17:18 “Gəlin, gələcəyimizi qoruyaq!” adlı maarifləndirici söhbət keçirilib
- 15:21 Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
- 15:19 “Heydər Əliyev və milli mədəniyyətimiz” adlı məqalə təqdim edilib
- 15:12 Kitabxanada gənc rəssam Almaz İdrisovanın fərdi rəsm sərgisi açılıb